“Mançester Siti” son 18 ilin antirekordunu qırdı
İdman
10.11.2024 09:45
İngiltərənin “Mançester
Siti” klubu İngiltərə Premier Liqasının XI turunda “Brayton”a məğlub olub
və bu, “şəhərlilər”in bütün turnirlərdə dalbadal dördüncü uğursuz nəticəsi
olub.
TodayPress xəbər verir ki, daha əvvəl Xosep Qvardiolanın
yetirmələri Çempionlar Liqasında Portuqaliyanın “Sportinq” (1:4), İngiltərə
çempionatında “Bornmut” (1:2) və İngiltərə Liqa Kubokunda “Tottenhem”ə (1:2)
yenilmişdilər.
“Opta Sports”un məlumatına görə, “Mançester Siti” ilə
belə hadisə 2006-cı ildən bəri baş verməyib.
Bundan başqa, Qvardiola məşqçilik karyerasında ilk dəfə
dalbadal dörd matçda məğlub olub.
“Mançester Siti” 2024/2025 mövsümü İngiltərə Premier
Liqasının turnir cədvəlində 11 matçdan sonra 23 xalla ikinci yerdədir. Premyer
Liqanın vahid lideri isə 28 xalla “Liverpul”dur.
tag: Idman, Xosep,Mançester Siti, İngiltərə, todaypress.az,