"Mançester Siti" qələbə qazandı
İdman
05.01.2025 05:56
Futbol üzrə İngiltərə
Premyer Liqasında 20-ci tura start verilib.
TodayPress xəbər verir ki, açılış oyununda "Tottenhem" doğma
meydanda "Nyukasl"ı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı
qələbəsi ilə yekunlaşıb.
Günün digər
qarşılaşmalarında "Mançester Siti" "Vest Hem"i 4:1,
"Aston Villa" "Lester"i 2:1 hesabı ilə üstələyib.
"Arsenal" "Brayton"la, "Çelsi" isə "Kristal
Pelas"la 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki,
turnir cədvəlinə 45 xalla "Liverpul" başçılıq edir.
tag: Futbol, idman, Liqa, İngiltərə, Arsenal, Çelsi, Kristal, Mançester Siti, todaypress.az,