“Mançester Siti” PSJ-yə, “Barselona” isə “Feyenord”a uduzdu
İdman
23.01.2025 09:26
UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII tura yekun vurulub.
TodayPress xəbər verir ki, turun maraqlı görüşlərindən biri Fransanın paytaxtı Parisdə baş tutub.
İkinci oyun gününün mərkəzi qarşılaşmasında PSJ “Mançester Siti”ni qəbul edib. İngiltərə çempionu fasilədən sonra üç dəqiqə ərzində 2 qol vursa da, üstünlüyünü qoruya bilməyib.
PSJ matçın qalan dəqiqələri ərzində 4 qol vuraraq, vacib qələbə qazanıb 4:2.
Daha bir maraqlı görüş Rotterdamda “Feyenord” və “Bavariya” komandaları arasında baş tutub. Münhen təmsilçisi səfərdə 0:3 hesabı ilə uduzub.
Turun digər görüşlərinin nəticələri
“Leypsiq” - “Sportinq” - 2:1 “Şaxtyor” - “Brest” - 2:0 “Real Madrid” - “Zalsburq” - 5:1 “Sparta” - “İnter” - 0:1 “Arsenal” - “Dinamo Zaqreb” - 3:0 “Milan” - “Jirona” - 1:0 “Seltik” - “Yanq Boyz” - 1:0
Namiq HUN
tag: Tur,PSJ,Leypsiq,Oyun,Todaypress.az,