"Mançester Siti" Premyer Liqaya qarşı iddia qaldırdı

İdman

06.06.2024 13:06

“Çelsi”, “Nyukasl” və “Aston Villa” “Mançester Siti”nin Premyer Liqaya qarşı iddiasını dəstəkləyib. 

TodayPress xəbər verir ki, hər üç klub səudiyyəli investorlar tərəfindən “Nyukasl”ın alınmasından sonra 2021-ci ilin dekabrında tətbiq edilən Premyer Liqa qaydalarını ayrı-seçkilik hesab edən çempionun iddialarını haqlı sayır. Bu qaydalar eyni mülkiyyətə malik klublar və şirkətlər arasında kommersiya və sponsorluq müqavilələrini məhdudlaşdırır.

Ərəb Şeyxi Mənsur bin Zayed Əl Nəhyana məxsus olan “Mançester Siti” bu qaydaları Yaxın Şərq ölkələrinin nümayəndələrinə qarşı ayrı-seçkilik hesab edir. Səudiyyə Ərəbistanının investisiya fonduna məxsus olan Nyukasl və misirli milyarder Nassef Savirisin ortaq sahibi olduğu Aston Villa bununla razılaşır. Premyer Liqanın digər 12 klubu, o cümlədən “Arsenal”, “Tottenhem” və “Mançester Yunayted” liqanı dəstəkləyir. Tezliklə “şəhərlilər”in işi üzrə dinləmələr başlamalıdır.

Qeyd edək ki, Şeyx Mənsur 2008-ci ildə “Mançester Siti”ni alıb. O vaxtdan "Siti" İngiltərə futbolunun dominant qüvvəsinə çevrilib. Onlar səkkiz Premyer Liqa, üç ikincilik, üç İngiltərə Kuboku və altı Liqa Kuboku qazanıblar. Ötən mövsüm “Mançester Siti” tarixdə ardıcıl 4 dəfə Premyer Liqanın qalibi olan ilk klub olub.

Namiq HUN

tag: Mançester Siti, Liqa, İddia, Kubok, todaypress.az,