"Mançester Siti" Poqba ilə maraqlanır
İdman
15.12.2024 10:00
Pol Poqba "Mançester Siti"nin maraq dairəsinə düşüb.
TodayPress xəbər verir ki, İngiltərə mətbuatı fransalı futbolçu ilkin əlaqənin qurulduğunu yazıb.
"Yuventus"la müqaviləsinə xitam verilən futbolçu ilə baş məşqçi Pep Qvardiolanın maraqlandığı bildirilib. Amma Poqbanın İngiltərəyə dönmək istəyinin yüksək olmadığı vurğulanıb. Buna səbəb 31 yaşlı yarımmüdafiəçinin 2016-2022-cı illərdəki "Mançester Yunayted" karyerasının heç də uğurlu alınmamasıdır.
Qeyd edək ki, yarımmüdafiəçi fevralın 29-da antidopinq qaydalarını pozduğu üçün 4 illik diskvalifikasiya edilib. Oktyabrda onun cəzası azaldılıb və gələn ilin martında meydana qayıda biləcək.
tag: Pol Poqba,Mançester Siti,Yuventus,İngiltərə,Mançester Yunayted,todaypress.az,