“Mançester Siti” özbək futbolçu ilə anlaşdı

İdman

21.01.2025 10:00

“Mançester Siti” özbək futbolçu Abdukodir Xusanovun transferini açıqlayıb. 

TodayPress xəbər verir ki, mərkəz müdafiəçisi “şəhərlilər”lə 2029-cu ilin yayına kimi müqavilə imzalayıb. 

Mançester təmsilçisi 20 yaşlı futbolçunun transferinə görə “Lans”a 50 milyon avro və bonuslar ödəyəcək.   

Abdukodir yeni komandasında 45 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, Abdukodir Xusanov “Lans”ın heyətində meydana çıxdığı 31 oyunda 1 ötürmə ilə yadda qalıb.   

Namiq HUN

tag: Mançester ,Futbolçu,Transfer,Lans,Todaypress.az,