“Mançester Siti" öz meydanında "Çelsi"ni məğlub etdi

İdman

26.01.2025 02:12

İngiltərə Premyer Liqasının XXIII turunun oyunları davam edir.

TodayPress xəbər verir ki, gecənin son görüşündə “Mançester Siti” “Çelsi” ilə üz- üzə gəlib.

Görüşdə hesabı qonaqlar açsa da, bunun davamını gətirə bilməyiblər.

“Şəhərəlilər” rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

İngiltərə Premyer Liqası


XXIII tur


21.30. “Mançester Siti” – “Çelsi” – 3:1

 

Qollar: Madueke, 3, Gvardiol, 42, Haaland, 68, Foden, 87

tag: İngiltərə, Mançester Siti, Çelsi, Liqa, todaypress.az,