“Mançester Siti” “Nyukasl”la bacarmadı
İdman
28.09.2024 17:55
Futbol üzrə İngiltərə Premyer Liqasının VI turunda, lider “Mançester Siti” xal itirib.
TodayPress xəbər verir ki, “şəhərlilər” bu tur səfərdə “Nyukasl”la qarşılaşıb.
Görüş qollu heç-heçə ilə başa çatıb 1:1.
“Mançester Siti” ilk hissəni Yoşko Qvardiolun 35-ci dəqiqə qolu ilə qazanıb. “Nyukasl” isə fasilədən sonra Antoni Qordonun 57-ci dəqiqədə penaltidən vurduğu qolla oyunda “status-kvo”nu bərpa edib.
Namiq HUN
tag: Mançester Siti ,Yoşko Qvardiol, Qələbə ,Nyukasl ,İngiltərə ,todaypress.az,