"Mançester Siti" müdafiəni gücləndirir

İdman

21.01.2025 16:58

1487

"Mançester Siti" futbol klubu yeni transferini açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.   

Mançester təmsilçisi Braziliyanın "Palmeyras" klubundan Vitor Reysi heyətə cəlb edib.   

18 yaşlı müdafiəçinin müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. 

Qeyd edək ki, Vitor Reys ötən il "Palmeyras"da meydana çıxdığı 22 oyunda 2 qol vurub.     

Namiq HUN

tag: Mançester Siti,Müdafiə,Hücum,Futbol,Tranfer,Todaypress.az,