“Mançester Siti” misirli bombardirlə anlaşdı

İdman

17.01.2025 09:25

“Mançester Siti” futbol klubu hücumçu Omar Marmuşun transferini həll edib.

TodayPress xəbər verir ki, misirli qoleador ilə 5 illik müqavilə imzalanacaq.

25 yaşlı futbolçunun transferinin detalları barədə məlumat yayılmayıb. Təkcə o məlumdur ki, “şəhərlilər” Marmuşa görə “Ayntraxt Frankfurt” klubuna təxminən 70 milyon avro ödəyəcək.

Qeyd edək ki, Omar Marmuş cari mövsümdə Almaniya Bundesliqasında meydana çıxdığı 17 oyunda 15 qol vurub və 10 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Mançester Siti ,Marmuş ,futbol ,Klub ,todaypress.az,