“Mançester Siti” Marmuşu heyətinə qatdı

İdman

23.01.2025 09:50

1015

“Mançester Siti” futbol klubu “Ayntraxt”ın misirli hücumçusu Omar Marmuşu heyətinə qatıb.   

TodayPress xəbər verir ki, transfer “şəhərlilər”ə 75 milyon avroya başa gəlib. 

25 yaşlı futbolçunun yeni klubunda illik maaşı 16-17 milyon avro olacaq. 

Qeyd edək ki, Omar Marmuş cari mövsüm Frankfurt təmsilçisinin heyətində Meydan çıxdığı 26 oyunda 20 qol vurub.   

Namiq HUN

tag: Omar Marmuş,Frankfurt ,Mançester Siti,Təmsilçi,Todaypress.az,