“Mançester Siti” “Liverpul”a da uduzdu
İdman
02.12.2024 09:27
Futbol üzrə İngiltərə Premyer Liqasında XIII tura yekun vurulub.
TodayPress xəbər verir ki, son oyun günündə 4 görüş keçirilib.
Turun mərkəzi matçında lider “Liverpul” uğursuz çıxışlarını davam etdirən “Mançester Siti”ni qəbul edib. Son çempion səfər qarşılaşmasında (0:2) məğlub olub. “Liverpul”un heyətində Kodi Qakpo və Məhəmməd Salah fərqlənib. Premyer Liqada ardıcıl 4-cü dəfə məğlubiyyət acısı yaşayan “Mançester Siti” “qırmızılar”dan 11 xal geri qalır.
XIII turun digər görüşlərində “Çelsi” “Aston Villa”ya (3:0), “Mançester Yunayted” “Everton”a (4:0) qalib gəlib.
Yalnız “Tottenhem” - “Fulhem” matçında qalib məlum olmayıb 1:1.
Namiq HUN
tag: İngiltərə, Liqa, Liverpul, Aston Villa, Everton, todaypress.az,