“Mançester Siti” Kambyazonu hədəfə aldı
İdman
23.01.2025 16:18
“Mançester Siti” klubu müdafiəçi transfer etməyə hazırlaşır.
TodayPress xəbər verir ki, “şəhərlilər” İtaliya millisinin və “Yuventus”un futbolçusu Andrea Kambyazonu heyətinə qatmağı planlaşdırır.
“Mançester Siti” keçid üçün Turin təmsilçisinə 65 milyon avro təklif edəcək.
Qeyd edək ki, Mançester təmsilçisi bunadək Abdukodir Xusanov, Vitor Reys və Omar Marmuşun keçidini açıqlayıb.
Namiq HUN
tag: Mançester Siti,İtaliya,Yuventus,Turin,Abdukodir Xusanov,todaypress.az,