“Mançester Siti” hücumçusunu itirdi

İdman

31.03.2025 13:41

2545

İngiltərə kuboku uğrunda “Bornmut” – “Mançester Siti” klubları arasında keçirilən 1/4 final matçında (1:2) qonaq komandanın futbolçusu Erlinq Holand zədələnib.   

TodayPress xəbər verir ki, norveçli forvard stadionu qoltuqağacında tərk edib. 

Zədənin xarakteri və Holandın qayıtma müddəti hələ məlum deyil.

Futbolçunun durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək.   

Namiq HUN

tag: Mançester Siti,Erlinq Holand,Hücumçu,Zədə,Todaypress.az,