“Mançester Siti” Holandla müqavilənin müddətini artıracaq
İdman
17.01.2025 15:26
“Mançester Siti” futbol klubu Erlinq Holandla müqavilənin müddətini uzadacaq.
TodayPress xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Norveçli hücumçunun yeni sözləşməsi 2034-cü ilin yayınadək nəzərdə tutulacaq.
24 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, Erlinq Holand “Mançester Siti” ilə iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə ölkə kubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.
Namiq HUN
tag: Mançester Siti ,Norveç, Hücumçu ,Liqa, todaypress.az,