“Mançester Siti”-dən yeni rekord
İdman
21.10.2024 09:45
"Mançester Siti" futbol klubu Premyer Liqada ardıcıl 31-ci matçı məğlubiyyətsiz başa vuraraq rekorda imza atıb.
TodayPress xəbər verir ki, "şəhərlilər" rekord göstəricini “Vulverhempton”la (2:1) oyunda reallaşdırıblar.
Vulverhempton səfərində Yoşko Qvardiol və Con Stounz fərqləniblər.
Meydan sahiblərinin heyətində isə Yörgen Strann Larsen dəqiq olub.
Namiq HUN
tag: Mançester Siti, Premyer Liqa,Vulverhempton, Yoşko Qvardiol,Con Stounz, todaypress.az,