"Mançester Siti" Avropa çempionunu itirdi

İdman

23.09.2024 15:00

"Mançester Siti" futbol klubunun üzvü Rodri 6 ay yaşıl meydanlardan kənarda qalacaq.

TodayPress xəbər verir ki, yarımmüdafiəçinin dizinin çarpaz bağlarında yırtıq aşkarlanıb.

28 yaşlı futbolçu Premyer Liqanın V turunda "Arsenal"a qarşı keçirilən matçda zədələnib. 

Qeyd edək ki, İspaniya millisinin heyətində Avropa çempionu titulunu qazanan orta xətt oyunçusu bu mövsüm Premyer Liqada 3 oyun keçirib.

Namiq HUN

tag: Mançester Siti ,Rodri ,Premyer Liqa ,Arsenal ,Avropa ,İspaniya, todaypress.az,