“Mançester Siti” arxa xətt oyunçusunu itirdi
İngiltərə çempionunun niderlandlı müdafiəçisi Natan Ake 7 oyunda meydana çıxa bilməyəcək.
TodayPress xəbər verir ki, futbolçu yalnız növbəti beynəlxalq fasilədən sonra meydana qayıda biləcək.
Bu barədə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola məlumat verib.
Arxa xətt oyunçusu Millətlər Liqasında baş tutan Niderland – Almaniya matçında (2:2) əzələsini zədələyib.
Namiq HUN
tag: İngiltərə, Natan Ake, Futbolçu, Pep Qvardiola ,Liqa, Niderland, todaypress.az,