"Mançester Siti" 68 il sonra antirekordu təkrarladı

İdman

24.11.2024 17:00

"Mançester Siti" 1956-cı ildən bu yana ardıcıl 5 oyunda məğlub olan ilk İngiltərə çempionu kimi tarixə düşüb.

TodayPress xəbər verir ki, "şəhərlilər" bu antirekorda Premyer Liqanın XII turunda "Tottenhem"ə 0:4 hesablı məğlubiyyətdən sonra imza atıb.

Ötən il Premyer Liqanı qızıl medalla başa vuran "şəhərlilər" cari mövsüm İngiltərə Liqa Kubokunda “Spurs” və“Bornmut”a, ölkə çempionatında “Brayton”a, UEFA Çempionlar Liqasında isə "Sportinq"ə (Portuqaliya) uduzub.

Qeyd edək ki, sonuncu dəfə 68 il əvvəl eyni uğursuzluğu "Çelsi" yaşayıb.

tag: Mançester Siti,İngiltərə,Tottenhem,Premyer Liqa,todaypress.az,