“Mançester Siti” 4 mövqeyə futbolçu axtarır
İdman
19.12.2024 18:11
“Mançester Siti” klubu qış transfer dövründə heyətinə 4 futbolçu qatmağı planlaşdırır.
TodayPress xəbər verir ki, klub rəhbərliyi uğursuz çıxış fonunda heyətdə dəyişiklik etmək qərarına gəlib.
“Şəhərlilər” hücumçu, yarımmüdafiəçi, mərkəz və sağ müdafiəçi mövqeyi üçün futbolçu axtarışına başlayıb.
Qeyd edək ki, Xosep Qvardiolanın komandası Premyer Liqada keçirdiyi son 11 qarşılaşmada cəmi 1 qələbə qazanıb, 8 məğlubiyyət alıb və 2 dəfə heç-heçə edib.
“Mançester Siti” çempionatın 16 turundan sonra topladığı 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Namiq HUN
tag: Mançester Siti, Xal, Turnir, Futbolçu, todaypress.az,