"Mançester" derbisində qalib müəyyənləşmədi
İngiltərə Premyer Liqasında XXXI turun görüşləri davam edir.
TodayPress xəbər verir ki, turun mərkəzi matçında Mançester şəhərinin təmsilçiləri üz-üzə gəlib.
"Mançester Yunayted" öz meydanında "Mançester Siti" ilə qarşılaşıb. Gərgin keçən oyunda qol səsi çıxmayıb. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
tag: İngiltərə ,Premyer Liqa,Mançester ,todaypress.az,