Mançester derbisində dramatik sonluq

İdman

16.12.2024 09:46

689

“Mançester Siti” klubu uğursuzluq zolağından çıxa bilmir.

TodayPress xəbər verir ki, “şəhərlilər” son 11 oyunda 8-ci dəfə uduzublar.

Xosep Qvardiolanın komandasının sonuncu məğlubiyyəti Premyer Liqanın XVI turunda baş tutan Mançester derbisində qeydə alınıb. İspan mütəxəssisin yetirmələri son dəqiqələrdə iki top buraxaraq, qələbəni əldən veriblər.

Ruben Amorim ser Aleks Ferqyussondan sonra debüt Mançester derbisində qələbə qazanan ilk məşqçi olub.

Qeyd edək ki, “Mançester Siti” son 11 oyunda cəmi bir dəfə meydandan qalib ayrılıb. Son çempion Premyer Liqada “Nottingem Forest”ə 3:0 hesabı ilə qalib gəlib. “Siti”nin uğursuzluq zolağı oktyabrın 30-da Liqa kubokunda “Tottenhem”ə məğıubiyyətlə start götürüb.

Namiq HUN

tag: Çempion, Liqa, Meydan, Mançester, todaypress.az,