Malkin NHL-in tarixinə düşdü

İdman

17.10.2024 12:10

2442

ABŞ-nin "Pittsburq" klubunun rusiyalı hücumçusu Yevgeni Malkin Milli Hokkey Liqasının (NHL) tarixinə düşüb.

TodayPress NHL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Milli Hokkey Liqasında 500-cü qolunu vurmaqla göstəriciyə nail olub. 

Hokkeyçi "Pittsburq"un "Bafalo"nu 6:5 hesabı ilə məğlub etdiyi oyunda fərqlənib. 

Qeyd edək ki, Malkin NHL tarixində Şimali Amerikadan kənarda doğulan və 500 qol vurmağı bacaran 8-ci hokkeyçidir.

Namiq HUN

tag: ABŞ ,Pittsburq, Yevgeni Malkin, Hokkey, NHL ,Liqa ,todaypress.az,