Maliyyə pozuntuları “Mançester Siti”yə baha başa gələ bilər
İdman
05.11.2024 10:29
“Real Madrid” futbol klubu “Mançester Siti”nin hücumçusu Erlinq Holandı 200 milyon avroya ala bilər.
TodayPress “Defensa Central”a istinadən xəbər verir ki, “şəhərlilər”ə maliyyə pozuntularına görə sanksiya tətbiq olunarsa, 24 yaşlı futbolçu komandanı tərk edəcək.
İngiltərə çempionu aşağı liqaya göndərilsə, norveçli forvardı satmağa məcbur qalacaq.
Belə olacağı təqdirdə “Real” onun üçün 200 milyon avro təklif edəcək. Əks halda Holandın “Mançester Siti”dən ayrılması mümkünsüz hesab edilir.
Qeyd edək ki, Erlinq Holand cari mövsüm “Mançester Siti”nin heyətində meydana çıxdığı 14 oyunda 14 qol vurub.
Namiq HUN
tag: Real Madrid, Mançester Siti,Erlinq Holand,Maliyyə, todaypress.az,