Malikə Biçekuyeva Salonikidə üçüncü oldu

İdman

17.06.2024 10:48

2287

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranlardan ibarət yığma komandası Yunanıstanda keçirilən Avropa birinciliyində uğurlu çıxışını davam etdirir. 

TodayPress xəbər verir ki, Saloniki turnirinin növbəti yarış günü  Malikə Biçekuyeva (55 kq) adından söz etdirib. O, yaşı 15-ə qədər olan atletlərin turnirində təkanla qaldırmada 71 kq-ı ram edərək bu hərəkətdə qitə yarışının bürünc medalını qazanıb. 

Toplam 128 kq (57+71) nəticə göstərən Malikə Biçekuyeva yekun sıralamada da Avropa birinciliyin bürünc medalına sahib çıxıb.

Namiq HUN

tag: Malikə Biçekuyeva, Saloniki, Avropa Birinciliyi, Yunanıstan, todaypress.az,