Malik Həsənovdan lisenziya turnirində ikinci qələbə
TodayPress xəbər verir ki, Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində ikinci döyüşünə çıxıb.
63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 final çərçicəsində Çol Man Çoe (Şimali Koreya) ilə qarşılaşıb. Görüş 1:1 (30:27, 28:28, 28:28, 28:28, 28:29) hesabı ilə yekunlaşsa da, hakimlər boksçumuzu üstün hesab ediblər və Həsənov 1/8 finala vəsiqə qazanıb. O, növbəti döyüşündə Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gələcək.
Qarşılaşma mayın 29-da olacaq.
tag: Boks, Olimpiya Təsnifatı, Malik Həsənov, İdman, todaypress.az,