Maldini ailəsi tarix yazdı

İdman

15.10.2024 14:23

İtaliya yığmasının yarımmüdafiəçisi Daniel Maldininin UEFA Millətlər Liqasında İsraillə oyunda debüt etməsindən sonra Maldini ailəsi tarixi ilkə imza atıb.

TodayPress xəbər verir ki, vaxtilə İtaliya yığmasında çıxış etmiş Paolo Maldininin oğlu və Çezare Maldinin nəvəsi olan Daniel İsraillə görüşdə şans qazanmaqla göstəriciyə nail olub.

23 yaşlı futbolçunun debütündən sonra Maldinilər İtaliya millisində üç nəsil forma geyinən ilk ailə olub.

Xatırladaq ki, Paolo Maldini 1988-2002-ci illərdə İtaliya yığmasında oynayıb. Çezare Maldini isə 1960-1963-cü illər aralığında milli komandada forma geyinib.

Namiq HUN

tag: Maldini, İtaliya, Tarix ,Daniel ,İsrail ,todaypress.az,