Maktominey İtaliya klubunda – Rəsmi
İdman
31.08.2024 16:16
“Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
TodayPress xəbər verir ki, Neapol təmsilçisi “Mançester Yunayted”dən Skott Maktomineyi transfer edib.
Cənublular şotlandiyalı yarımmüdafiəçi üçün “qırmızı şeytanlar”a 30 milyon avro təzminat ödəyib.
Maktominey yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu “Mançester Yunayted”in yetirməsidir. Skott “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 255 rəsmi matçda 29 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Napoli, Neapol,Mançester Yunayted”,Skott Maktominey,Qırmızı Şeytanlar, todaypress.az,