Makqreqordan Həbibə 100 milyonluq təklif
İdman
01.02.2025 10:56
İrlandiyalı MMA (qarışıq döyüş növləri) döyüşçüsü Konor Makqreqor sosial şəbəkə hesabında rusiyalı Həbib Nurməhəmmədovu döyüşə çağırıb.
TodayPress xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mənimlə döyüş, 100 milyon dollar qazan və bu pulları bütün kəndinə payla. Amma bunu etməyəcəksən. Niyə? Çünki sən qorxaq və tənbəlsən" Konor yazıb.
Xatırladaq ki, 2018-ci ilin oktyabrında Həbib Nurməhəmmədov Makqreqoru məğlub edib.
Namiq HUN
tag: MMA,Həbib ,Konor Makqreqor ,Döyüş,Todaypress.az,