Makqreqor UFC-dən niyə ayrılmaq istəyir?

İdman

25.01.2025 13:00

1163

Keçmiş yarımyüngül və yüngül çəkidə ikiqat çempion, irlandiyalı Konor Makqreqor Çılpaq Knuckle Döyüş Çempionatı (BKFC) liqasında döyüşmək üçün UFC-dən ayrıla biləcəyini deyib.

TodayPress “Middle Easy” nəşrinə istinadən xəbər verir ki, səbəb UFC rəhbərliyinin onun bloqer Loqan Pol ilə döyüşünün əleyhinə olmasıdır.

“Döyüşün təşkil edilməsi ideyası UFC üçün maraqlı deyildi. Müqavilə yazılı şəkildə onların masasının üzərində idi. Loqanın və mənim səhmləri sürətlə artır. Biznes nöqteyi-nəzərindən döyüşümüz məna kəsb edirdi, bu, ağıllı bir addımdır. Amma UFC-nin bu matça heç bir marağı yoxdur.

Bir gün gələcək ki, siz mənim musiqi sədaları altında BKFC səhnəsində əlcəksiz döyüşə çıxacağamı görəcəksiniz. Mən sadəcə kardda təsadüfi döyüş keçirəcəyəm” Makqreqor deyib. 

Namiq HUN

tag: Makqreqor,UFC,MMA,İdman,todaypress.az,