Makqreqor UFC çempionunu döyüşə çağırdı

İdman

28.09.2024 16:41

İrlandiyalı qarışıq döyüş sənəti ulduzu Konor Makqreqor orta çəki dərəcəsində hazırkı UFC çempionu Bilal Məhəmmədə meydan oxuyub.

TodayPress xəbər verir ki, bu barədə “Championships Rounds”məlumat yayıb. 

“Bilal Makqreqora qarşı, yüngül çəkidə dərəcəsində UFC dünya çempionu titulu uğrunda döyüş. Bu adam, UFC tarixində hələ nokdaun olmayıb. Düzünü desəm ayıbdır. Bu vəziyyəti düzəltmək lazımdır” Makqreqor deyib.

Qeyd edək ki, Konor Makqreqor 2013-cü ildən UFC-də döyüşür. O, indiyədək 28 döyüş keçirib. İrlandiyalı bu döyüşlərin 22-də qələbə qazanıb, 6 dəfə isə məğlub olub. Konor UFC tarixində yüngül və yarı yüngül çəki dərəcələrində iki kəmərə sahib olan ilk ikiqat çempiondur.

Fələstin əsilli Bilal Məhəmməd isə 2024-cü ilin 27 iyul tarixində UFC 304 turnirində yekdil qərarla Leon Edvardsı məğlub edərək çempion titulunu qazanıb.

Namiq HUN

tag: Bilal, Makreqor ,UFC ,Qələbə ,İrlandiya ,Fələstin ,todaypress.az,