Makqreqor: “Tramp Qərb dünyası üçün mayak işığıdır”
İki çəki dərəcəsində UFC çempionu olmuş Konor Makqreqor ailəsi ilə Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb.
TodayPress xəbər verir ki, görüşdə ABŞ Hökumətinin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən milyarder İlon Mask da iştirak edib.
Konor Trampla görüşdən sonra bir daha vətənində prezidentliyə namizəd olmaq niyyətini bəyan edib. O, İrlandiyanın immiqrasiya siyasətini tənqid edərək, ölkənin bəzi şəhərlərinin “miqrantlar tərəfindən ələ keçirildiyini” deyib.
Makqreqor Tramp administrasiyasını Qərb dünyası üçün mayak işığı adlandırıb.
Qeyd edək ki, K.Makqreqor 2021-ci ilin yayında ayağını sındırdıqdan sonra döyüşmür. Onun ötən il ABŞ təmsilçisi Maykl Çandlerlə döyüşmək üçün oktaqona dönəcəyi gözlənilsə də, irlandiyalının yeni zədəsi səbəbindən döyüş reallaşmayıb.
Namiq HUN
tag: UFC ,Konor Makqreqor,Ağ Ev,ABŞ,Donald Tramp,DOGE,todaypress.az,