Makqreqor rinqə qayıdır

İdman

01.01.2025 09:35

Loqan Paul və Konor Makqreqor arasındakı boks matçı hər keçən gün daha real görünür.

TodayPress-in xəbərinə görə, “The Mac Life” portalı bu ehtimal olunan boks matçı ilə bağlı bir neçə detalı paylaşıb.

Makqreqor bu döyüş üçün 250 milyon dollar kimi böyük bir məbləğ qazanmağa hazırlaşır. Loqan Paulun gözlənilən qazancı haqqında məlumat verilməsə də, onun da oxşar bir məbləğdə gəlir əldə edəcəyi güman edilir.

Döyüşün 2025-ci ilin yayında Hindistanda keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Makqreqorun 36 yaşı var və MMA karyerası ərzində 22 qələbə qazanıb, altı dəfə məğlub olub.

tag: Loqan Paul,Konor Makqreqor,Döyüş,Hindistan,MMA,todaypress.az,