Makqreqor - Pakyao döyüşü Moskvada keçiriləcək
İdman
10.12.2024 11:10
Keçmiş UFC çempionu Konor Makqreqor Rusiyada filippinli boksçu Menni Pakyao ilə döyüşmək imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə sport-express məlumat yayıb.
Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov Pakyaonun Rusiyada döyüşməyə hazır olduğunu bildirib və Makqreqoru 45 yaşlı filippinli üçün potensial rəqib kimi göstərib.
Keçmiş dünya çempionu Pakyao son rəsmi döyüşünü 2021-ci ildə keçirib. Onun hesabında 39-u nokautla olmaqla 52 qələbə var. Pakyao yalnız 8 döyüşdə məğlub olub.
Konor Makqreqor isə MMA-da keçirdiyi döyüşlərin 22-də qələbə qazanıb və 6 dəfə məğlub olub.
Namiq HUN
tag: Rəqib, Potensial ,Döyüş, Moskva, todaypress.az,