Makqreqor Həbibi hədələdi
İdman
25.07.2024 10:51
Keçmiş ikiqat UFC çempionu, irlandiyalı Konor Makqreqor Həbib Nurməhəmmədova yazdığı təhdid mesajlarını dərc edib.
TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Qardaş, mən sənin ailənin evini hökumətdən almaq üçün pul qoydum, çünki sən bunu ödəyə bilmirsən. Mən sənin evində böyük iş görəcəyəm. Ailəni tərk etdin, indi mən sənin evini yıxacağam” deyə Makqreqor yazıb.
Xatırladaq ki, Həbib Nurməhəmmədov və Konor Makqreqor 2018-ci ilin oktyabrında UFC 229 turnirində oktaqonda döyüşüblər. Nurməhəmmədov dördüncü raundda boğucu fəndlə rəqibinə qalib gəlib.
Namiq HUN
tag: Makqreqor, UFC, Çempion, İrlandiya, Həbib Nurməhəmmədov, todaypress.az,