Makkoll 59 yaşında rinqə çıxdı
İdman
21.11.2024 12:49
Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu, amerikalı Oliver Makkoll həmyerlisi, 54 yaşlı Steysi Freyzeri məğlub edib.
TodayPress xəbər verir ki, ABŞ-nin Neşvil şəhərində keçirilən döyüş dördüncü raundda nokautla başa çatıb.
Boks gecəsi 59 yaşlı idmançı üçün 2018-ci ildən bəri ilk döyüş olub.
Makkolun karyerasını bərpa etmək üçün əvvəlki cəhdi elə 2018-ci ildə olub. Həmin il o, iki rəqibini məğlub edib.
Namiq HUN
tag: Makkol, ABŞ, Neşvil, Döyüş,Steysi Freyzeri, todaypress.az,