Mahir Emreli təklif aldı
Futbol üzrə Azərbaycan yığma komandasının hücumçusu Mahir Emrelinin Almaniyanın “Nürnberq” klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
TodayPress xəbər verir ki, forvard II Bundesliqa təmsilçisindən təklif alıb.
Hazırda yeni sözləşmə ilə əlaqədar danışıqlar gedir. Mahirin agenti “Nürnberq” klubundan gələn təklifi dəyərləndirir.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm “Nürnberq”in heyətində 14 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.
Namiq HUN
tag: İdman,Futbol,Mahir Emreli,Nürnberq,todaypress.az,