Mahir Emreli “Nürnberq”lə müqavilə bağladı

İdman

05.08.2024 17:18

2125

Futbol üzrə Azərbaycan yığma komandasının üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə müqavilə bağlayıb.

TodayPress xəbər verir ki, klubun rəsmi saytında bu barədə məlumat yerləşdirilib. 

Hücumçu II Bundesliqa təmsilçisi ilə 1+1 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Namiq HUN

tag: Azərbaycan, Mahir Emreli, Almaniya, Bundesliqa, Xorvatiya, todaypress.az,