Mahir Emreli: “Bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdur”
Azərbaycan millisinin və “Nürnberq” klubunun futbolçusu Mahir Emreli “Kayzerlautern” üzərində (2:1) qələbədən sonra diqqət mərkəzinə düşüb.
TodayPress xəbər verir ki, “Bild” nəşri hücumçunun uzun fasilədən sonra qol vuraraq komandasına qələbə qazandırdığını qeyd edib.
Emreli “Kayzerslautern” üzərində qələbənin komandasına daha çox inam qazandıracağını və növbəti matçlara daha hazırlıqlı çıxacaqlarını deyib:
“Biz bu matça həm taktiki, həm də mənəvi cəhətdən çox yaxşı hazırlaşmışdıq.
Bu oyun bizə növbəti qarşılaşmalar üçün daha çox inam verəcək. Mənəvi cəhətdən hazır olsaq, bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdur”.
Namiq HUN
tag: Mahir Emreli, Nürnberq, Almaniya, Bundesliqa, todaypress.az,