Mahir Emreli Almaniya Kubokunda qol vurdu
Futbol üzrə Azərbaycan yığma komandasının hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunun heyətində ardıcıl üçüncü qolunu vurub.
TodayPress xəbər verir ki, forvard Almaniya Kuboku çərçivəsində “Hoffenhaym”la keçirilən görüşün 47-ci dəqiqəsində komandasının yeganə topuna imza atıb.
Matç “Nürnberq”in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Emreli daha əvvəl II Bundesliqanın IX turunda “Qroyter”ə, X turunda isə “Reqensburq”a qarşı oyunlarda fərqlənib.
Namiq HUN
tag: Almaniya, Emreli, Azərbaycan, Kubok, Nürnberq, Bundesliqa, Tur, todaypress.az,