Madrid derbisində qalib məlum olmadı
İspaniya La Liqasının VIII turu Madrid derbisi ilə əlamətdar olub.
TodayPress xəbər verir ki, bu tur “Real” “Atletiko”nun qonağı olub.
Maraqlı idman mübarizəsində keçən oyunda hesabı matçın 64-cü dəqiqəsində “Real”ın müdafiəçisi Militao açıb 1:0. Referi Buskets Ferrer 69-cu dəqiqədə oyunu dayandırıb. Buna səbəb azarkeşlərin meydana kənar əşyalar atması olub. Nəticədə hakimin qərarına əsasən komandalar soyunub-geyinmə otağına yollanıblar. Qarşılaşma 15 dəqiqə sonra bərpa olunub. “Real” 90+5-ci dəqiqədə qələbəni əldən verib. Korrea “Atletiko”nu məğlubiyyətdən qurtarıb 1:1.
La Liqanın VIII turunda keçirilən “Selta” – “Jirona” və “Atletik” – “Sevilya” matçlarında da 1:1 hesabı qeydə alınıb. “Betis” – “Espanyol” matçında isə meydan sahibləri minimal hesablı qələbə qazanıblar 1:0.
Namiq HUN
tag: Madrid, Azarkeşlər ,Qarşılaşma ,Jirona ,Atletik ,todaypress.az,