“Maclaren” 26 ildən sonra ilkə imza atdı

İdman

09.12.2024 15:27

“Maclaren” 26 ildən sonra ilkə imza atdı

“Formula 1” üzrə Dünya çempionatının “Maclaren” komandası, pilotu Lando Norris ilin son yarışı olan, Əbu-Dabi Qran-prisini qazandıqdan sonra mövsümü Konstruktorlar Çempionatının qalib kimi başa vurub. 

TodayPress xəbər verir ki, bu, “Maclaren” komandasının 1998-ci ildən sonra Konstruktorlar Çempionatında ilk qələbəsidir. 

Britaniya kollektivi final mərhələsinə qədər “Ferrari”ni qabaqlayıb. İtaliya təmsilçisinin sürücüləri Karlos Sayns və Çarlz Lekler Əbu-Dabi mərhələsində ikinci və üçüncü yerləri tutsalar da, bu “Maclaren”lə olan 21 xal fərqini aradan qaldırmağa kifayət etməyib.

Konstruktorlar Çempionatı 2024:

1. “Maclaren” - 666

2. “Ferrari” - 652

3. “Red Bull” - 589

4. “Mercedes” - 468

5. “Aston Martin” - 94

6. “Alpin” - 65

7. “Haas” - 58

8. RB - 46

9. “Uilyams” - 17

10. “Kik-Sauber” - 4

Namiq HUN

tag: Maclaren,Dünya, Formula 1 ,İmza, todaypress.az,