Macarıstan Rusiyanın iki klubunu sanksiyadan xilas etdi
İdman
17.12.2024 11:52
Macarıstan Rusiya Olimpiya Komitəsinin və Rusiyanın iki futbol klubunun Aİ-nin 15-ci sanksiyalar paketindən çıxarılmasına nail olub.
TodayPress xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
“Biz veto qoymuşuq, daha doğrusu bəyan etmişik ki, Rusiya Olimpiya Komitəsinə və birinci dərəcəli iki Rusiya futbol klubuna qarşı sanksiyaları dəstəkləməyəcəyik” Siyarto Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasından sonra jurnalistlərə deyib.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən növbəti anti-Rusiya sanksiyalar paketi bazar ertəsi qəbul edilib. Sanksiyalara Çin, Hindistan, İran, Serbiya və BƏƏ də daxil olmaqla 54 nəfər və 32 təşkilat da məruz qalıb.
Namiq HUN
tag: Rusiya ,Olimpiya, Sanksiya , Xarici, todaypress.az,