Macarıstan Qran-prisi başa çatdı: "McLaren" heç kimə aman vermədi

İdman

22.07.2024 09:36

"Formula-1" üzrə dünya çempionatının Macarıstan Qran-prisi keçirilib.

TodayPress xəbər verir ki, 70 dövrədən ibarət “Hunqarorinq” yürüşünü "McLaren" pilotu Oskar Piastri qazanıb. Avstraliyalı pilot karyerasında ilk dəfə Qran-prinin qalibi olub. 

Yarış "McLaren" komandasının dublu ilə əlamətdar olub. Piastrinin komanda yoldaşı Lando Norris finiş xəttini ikinci keçib. İlk üçlüyü isə "Mercedes" pilotu Lyuis Hemilton tamamlayır. 

Qeyd edək ki, son 3 mövsümün dünya çempionu Maks Ferstappen Macarıstan Qran-prisini 5-ci pillədə bitirib.

Namiq HUN

tag: Macarıstan, McLaren, Çempion, Maks, Lando Norris, todaypress.az,