Ma Lun Olimpiya rekordu müəyyən etdi

İdman

10.08.2024 10:42

Ma Lun adını Çin Olimpiya tarixinə yazdırıb. 

TodayPress xəbər verir ki, stolüstü tennisçi 6 qat Olimpiya çempionu titulunu qazanan ilk çinli idmançıdır. 

Ma Lun komanda yarışlarında bu uğura imza atıb. Çinli raketka ustaları həlledici görüşdə İsveç komandasına  3:0 hesabı ilə qalib gəlib. 

Çin yığması Yay Olimpiya Oyunlarının komanda yarışlarında ardıcıl 5-ci dəfə birinci olub.

Qeyd edək ki, Ma Lun 2 dəfə şəxsi, 4 dəfə isə komanda yarışlarında Olimpiya çempionu titulunu qazanıb. 

Namiq HUN

tag: Ma Lun,Yay Olimpiya Oyunları, Komanda,Çin, Tennis, todaypress.az,