Lyuis Hemiltondan tarixi qələbə
İdman
08.07.2024 10:37
Formula-1 üzrə dünya çempionatının Böyük Britaniya Qran-prisi başa çatıb.
TodayPress xəbər verir ki, Silverstoun avtodromunda keçirilən yarışı Lyuis Hemilton qazanıb. Bu 2021-ci ildən sonra ilk dəfə finiş xəttini birinci keçən “Mersedes” pilotunun karyerasında 104-cü qələbəsi olub.
Böyük Britaniya Qran-prisində Hemiltonu Maks Ferstappen ("Red Bull") və Lando Norris ("Maklaren") izləyib.
Britaniyalı pilot Silverstounda 9-cu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hemilton eyni məkanda ən çox qələbə qazanan pilot kimi tarixə düşüb. Mixael Şumaxer Macarıstan Qran-prisində 8-də finiş xəttini birinci keçib.
Namiq HUN
tag: Lyuis Hemilton, Dünya Çempionat, Böyük Britaniya, Maks Ferstappen, todaypress.az,