"Lyon" komandası Fransa Liqa 1-i tərk edə bilər
İdman
16.11.2024 02:32
Fransa Liqa 1 təmsilçisi "Lyon"
mövsümün sonuna qədər borclarını ödəməsə elitanı tərk edəcək.
TodayPress xəbər verir ki, bu barədə insayder
Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Hazırda maddi sıxıntılar yaşayan kluba transfer qadağası
qoyulub.
Lyon şəhərinin eyni adlı komandası borclarını ödəyə
bilməyəcəyi təqdirdə növbəti mövsüm Fransa Liqa 2-də mübarizə aparacaq.
Qeyd edək ki, "Lyon" UEFA Avropa Liqasının Liqa
mərhələsində "Qarabağ"la üz-üzə gələcək. Qarşılaşma noyabrın 28-də
Bakıda keçiriləcək.
tag: Lyon, Futbol, Fransa, Romano, todaypress.az,