Lyayiç tarixi ilkə imza atdı
İdman
08.11.2024 10:48
Serbiyalı futbolçu Adem Lyayiç özünü basketbolda sınamaq qərarına gəlib.
TodayPress xəbər verir ki, o, “Novi Pazar” klubu ilə müqavilə imzalayıb.
Nəticədə “Novi Pazar” klubunun futbol komandasında çıxış edən Lyayiç tarixi ilkə imza atıb.
O, həm basketbol, həm də futbol komandasının formasını geyinəcək.
Qeyd edək ki, Adem Lyayiç “Novi Pazar”ın heyətində meydana çıxdığı 14 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Serbiya, Adem Lyayiç, Basketbol, Futbol, todaypress.az,