Luşesku: “Styaua” tarixdir, onu məhv etmək olmaz”

İdman

16.11.2024 11:48

Buxarestin “CSA Styaua” futbol klubu Rumıniya millisinin baş məşqçisi Mirça Luçeskunu məhkəməyə verəcək.

TodayPress yerli GSP nəşrinə istinadən xəbər verir ki, komanda internet mühitini “FSB” ilə bağlı “Styaua” adından istifadə edən resurslardan təmizləmək üçün işə başlayıb.

“Dinamo Kiyev” və “Şaxtyor”un keçmiş məşqçisi klubun itkilərini kompensasiya etməlidir, çünki Luçeskunun FCSB klubunu “Styaua” adlandırmasına görə “KSA Styaua”nın doğma stadionuna az azarkeş gəlir.

Mirça Luçesku ittihamlara cavab verib:

“Styaua” tarixdir, onu məhv etmək olmaz. “Styaua” adına bağlananlar var. Məni məhkəmənin qərarı maraqlandırmır. FCSB adını tələffüz etmək belə çətindir. Bu, “FC Styaua Buxarest”dən gəlir, ona görə də mən onu sadəcə “Styaua” adlandırıram. Onlar səhv edirlər, tarixi məhv edirlər. Nə mənası var? Bu, çətinliklə qazanılmış mirasdır”.

Qeyd edək ki, “Styaua” FCSB adını 2017-ci ildə götürüb.

Namiq HUN

tag: Styaua, Dinamo Kiyev, FCSB,Rumıniya,todaypress.az,