Lunyov: “Qarabağ” Rusiya çempionatında liderlərdən biri olardı”
“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov hazırda karyerasını Moskvanın “Dinamo” klubunda davam etdirir.
TodayPress xəbər verir ki, futbolçu “Sport-ekspress”ə verdiyi açıqlamada “Qarabağ” klubu ilə bağlı sualı cavablandırıb.
Lunyov, "Qarabağ" Rusiya çempionatında oynasaydı, liderlərdən biri olardı deyib:
“Buna şübhə yoxdur. Onlar ən yüksək yerlər uğrunda yarışardılar”. “Qarabağ” “TOP-6”lığa yüz faiz düşərdi.
Xatırladaq ki, Andrey Lunyov 2023/2024 mövsümündə “Qarabağ”da çıxış edib.
Namiq HUN
tag: Qarabağ ,Klub ,Futbol ,Lider ,todaypress.az,